8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Ovusunun son durumu məlum oldu

“Ferensvaroş”un zədələnən hücumçusu Ovusu Kvabenanın son durumu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Budapeşt klubunun idman direktoru Tamaş Haynal qanalı futbolçunun zədəsinin ciddi olduğunu söyləyib. Klub rəsmisi onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib.

O deyib ki, Ovusunun Avropa Liqasının 1/8 final mərhələsində ilk oyuna kimi hazır olacağı istisna edilmir. Bu mərhələnin görüşləri 9 və 16 martda keçiriləcək.

Ovusu ötən həftə Macarıstan çempionatının 18-ci turunda "Uypeşt"lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı topuğundan ağır zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib. O, bundan əvvəl debüt matçında - "Pakş"a qarşı görüşdə (3:1) komandasının ilk qolunu vurmuşdu.

Xatırladaq ki, Ovusu bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31