9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

FİFA “Krasnodar”ı cəzalandırdı

FİFA Rusiyanın “Krasnodar” klubunu cəzalandırıb.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb norveçli hücumçu Erik Butheymin ali futbol qurumuna etdiyi şikayətdir.

Belə ki, 23 yaşlı forvard sabiq klubu “Krasnodar”ın ona borclu qaldığını iddia edib.

Araşdırmadan sonra FİFA futbolçunun lehinə qərar çıxarıb - Rusiya klubu hazırda karyerasını İtaliyada davam etdirən futbolçuya 500 min avro ödəyəcək.

Qeyd edək ki, Butheym 2021-ci ilin dekabrında 8 milyon avro qarşılığında “Krasnodar”a transfer olunmuşdu.

Əlavə edək ki, Rusiya təmsilçisi qış fasiləsində “Qarabağ”dan Kadi Borgesi heyətinə qatıb. Qeyri-rəsmi məlumata görə, ruslar braziliyalı futbolçu üçün Ağdam klubuna 5 milyon avro ödəyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31