9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

İbrahimoviç: “Təkcə özümü düşünsəydim, indi adada siqar çəkirdim”

41 yaşlı Zlatan İbrahimoviç karyerasını davam etdirməsi barədə danışıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, “Milan”ın hücumçusu təcrübəsini gənclərlə bölüşmək istədiyini bildirib:

“Mən hər gün öz istedadımı nümayiş etdirməyi arzulayıram. Lakin bu, təkcə şəxsi məsələ deyil. Mən həm də təcrübəmi gənclərlə bölüşmək, onlara fayda vermək, inkişafları üçün əlimdən gələni etmək istəyirəm. Biz komanda olaraq qələbə qazanırıqsa, bunda mənim də rolum var. Fərqi yoxdur meydana çıxdım, ya yox. 41 yaşım var və “Milan”da forma geyirəm. Mən zirvədəyəm. İndi istəyirəm ki, digərləri də diqqət mərkəzində olsunlar. Mən yalnız özümü düşünsəydim, indi adada siqaret çəkirdim. Əgər lider və nümunə ola bilirəmsə, bunu edəcəm”.

Qeyd edək ki, ötən mövsüm İbrahimoviçin qayıdışından sonra “Milan” 9 illik fasilədən sonra İtaliya çempionu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31