9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Ançelotti Braziliya millisini çalışdıra bilər

Karlo Ançelotti yayda “Real”ı tərk edə bilər.

Futbolxeber.az saytının “Globo Esporte”yə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin Braziliya milli komandasını çalışdırmaq ehtimalı var.

Ançelotti razılaşacağı halda, Braziliya Futbol Konfederasiyası iyuna qədər onu gözləməyə hazırdı.

Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges bu ay ərzində Madridə səfər edərək həm italyan məşqçi ilə, həm də “Real”ın prezidenti Florentino Pereslə görüşməyi planlaşdırır.

Rodrigesin Ançelotti seçimində israr etməsinin əsas səbəblərindən biri onun braziliyalı futbolçularla yaxşı münasibətdə olmasıdır. Belə ki, Braziliya millisinin aparıcı üzvlərindən Vinisus Junior, Rodriqo Qoes və Eder Militao hazırda “Real”da məhz çıxış edir. Madrid klubunun sabiq üzvü Kazemiro da uzun illər italiyalı mütəxəssisin rəhbərliyi altında forma geyib.

Əgər Ançelotti ilə razılıq əldə olunmasa, o zaman Braziliya Futbol Konfederasiyasının digər namizədləri hazırda “Roma”nı çalışdıran Joze Mourinyo və “Fənərbaxça”nın baş məşqçisi Jorje Jezuşdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31