8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Mudrik “Arsenal”ı seçməklə səhvə yol verdi”

“Arsenal” və “Çelsi”nin keçmiş müdafiəçisi Vilyam Qallas ukraynalı hücumçu  Mixail Mudrik haqda danışıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, fransız veteran ukraynalı forvardın “Arsenal”ı yox, “Çelsi”ni seçməsini səhv adlandırıb:

“Məncə, Mudrik “Çelsi”ni seçməklə səhv etdi. O, “Arsenal”da daha çox oynamaq şansına malik idi. Burada onun əsas heyətdə yer almaq şansı daha çox olacaqdı. Bəlkə də artıq mövsümün sonunda Mudrik peşmançılıq çəkəcək. Komandaların hazırkı durumları da fərqlidir. “Çelsi” mövsümün sonunda heç Çempionlar Liqasına düşməyə bilər. “Arsenal”ın isə çempion olmaq şansı kifayət qədər yüksəkdir”.

Qeyd edək ki, yanvarda Mudriki hər iki London klubu heyətində görmək istəsə də, onun seçimi “Çelsi”nin lehinə olub. Qallas isə karyerası ərzində həm “Arsenal”ın, həm də “zadəganlar”ın formasını geyib.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31