9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Hoffenhaym” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, komanda Pelleqrino Mataratsoya tapşırılıb.

İtalyan əsilli amerikalı məşqçi bazar ertəsi istefaya göndərilən Andre Braytenrayteri əvəzləyib. Mataratsonun “Hoffenhaym”la imzaladığı müqavilənin müddəti 2025-ci ilin iyununa kimidir.

Onun son iş yeri ötən ilin noyabrında uzaqlaşdırıldığı “Ştudtqart” olub. Mataratsonun “Hoffenhaym”dakı debütu fevralın 11-də “Bayer Leverkuzen”lə görüşdə baş tutacaq.

Qeyd edək ki, 19 turdan sonra “Hoffenhaym” 19 xalla Bundesliqada 14-cü pillədə qərarlaşıb. Komanda 10 turdur çempionatda qələbə üzünə həsrətdi. Bu müddətdə 8 dəfə uduzan “Hoffenhaym”ı təhlükəli zonadan hazırda cəmi 3 xal ayırır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31