9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Mən qol vuranda azarkeşlər “Pu-tin, Pu-tin” qışqırırlar”

Bəhreynin “Əl-Əhli” klubunda çıxış edən Rusiyalı hücumçu Artyom Serdyuk bu ölkədə futbola olan maraqdan danışıb.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu bəhreynli azarkeşlərin futbola böyük maraq göstərmədiklərini qeyd edib:

“Lider komandaların oyunlarına 1000-1500 arası azarkeş gəlir. “Əl-Əhli”nin qarşılaşmaları zamanı stadiona 150-250 arası fanat yığışır. Klubun həndbol, voleybol və basketbol komandaları da var. Hansılar ki, oyunlarını kondisionerli zallarda keçirirlər. Bax, orada anşlaq yaşanır. Lakin fəal futbol fanatları da var. Oyunlar zamanı ərəb dilində mahnılar oxuyurlar. Mən qol vuranda isə “Pu-tin, Pu-tin” qışqırırlar. Rusiya onlar üçün yalnız bir nəfərlə assosiasiya olunur”.

Qeyd edək ki, ötən ildən Bəhreyndə çıxış edən Serdyuk “Əl-Hilal”da forma geydiyi 13 oyunda 5 qol vurub. Bu kluba isə o, Tacikistan təmsilçisi “Xudjand”dan transfer olunub. Təcrübəli hücumçu Bəhreyn çempionatında forma geyən ilk rus futbolçudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31