9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Çağlar Söyüncü üsyan etdi: “İnsanlığı olmayanlar qiymətləri 5 qat bahalaşdırıblar”

Türkiyə millisinin və İngiltərənin “Lester” klubunun üzvü Çağlar Söyüncü açıqlaması ilə diqqət çəkib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi tviterdəki paylaşımında ölkəsində baş vermiş zəlzələyə qazanc kimi yanaşanlara qarşı üsyan edib:

“Bütün ölkə matəm içindədir. Hələ də insanların dağıntılar arasından xilas olunması üçün işlər görülür. Amma bu faciəyə biganə yanaşanlar da var. İnsanlıqdan xəbəri olmayanlar piylənməyə çalışırlar. Qiymətlərin 5 qat bahalaşmasına ad vermək çətindir. Həmin şəxslər mütləq cəzalandırılmalıdırlar. Onları cəzasız qoymaq olmaz”.

Xatırladaq ki, dünən Türkiyədə baş vermiş zəlzələ nəticəsində son məlumatlara görə, 3432 nəfər vəfat edib, 21103 nəfər isə yaralanıb. Ölkədə 7 günlük matəm elan olunub.

Adil ƏHMƏDOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31