9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Ançeloti: “Çox məyusedici məğlubiyyət aldıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 20-ci turunda “Malyorka”dan alınan 0:1 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis qarşılaşmanın komandası üçün çox ağır və çətin keçdiyini bildirib:

“Çox məyusedici məğlubiyyət aldıq. Bu yenilgi La Liqadakı vəziyyətə təsir göstərəcək. Oyun biz gözlədiyimiz kimi keçdi: ağır, çətin və böyük pauzalarla. İlk hissədə kiçik faktorlar həlledici rol oynadı. Qapımızda gördüyümüz qol bizə pis təsir göstərdi. Hesabda geri düşdükdən sonra soyuq başla oynamağımız alınmadı”.

Bugünkü yenilgiyə baxmayaraq, Ançelotti La Liqada sona kimi çempionluq uğrunda mübarizə apacaqlarını vurğulayıb: “Hazırda ikinci pillədəyik. Lakin sona kimi qızıl medalla uğrunda yarışacağıq. Mövsümün sonuna kimi hələ çox oyun var. Bu gün biz uduzduğumuz kimi, “Barselona” da məğlubiyyə acısı yaşaya bilər”.

Qeyd edək ki, 45 xalla ikinci pillədə qərarlaşan “Real” lider “Barselona”dan 5 xal geri qalır. Lakin Kataloniya klubu bu tur “Sevilya” ilə görüşdə ən yaxın izləyicisi ilə xal fərqini daha da artıra bilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31