9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Qvardiola: “İndi çempionluq barədə düşünəcək vəziyyətdə deyilik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 22-ci turunda “Tottenhem”ə uduzduqları (0:1) oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis məğlubiyyətə səbəb tapmaqda çətinlik çəkdiyini bildirib: “Biz oyuna əla başladıq. Lakin səhvimizə görə cəzalandırıldıq. 0:1-dən sonra artıq başqa oyun gedirdi. Düzdür, qol vurmaq üçün şanslarımız oldu. Lakin keçid fazalarında topu itirdikdən sonra Son və Kulusevskiyə qarşı oynamaq çətindir. Bu gün vacib 3 xal itirdik. Oyunçular verdiyim tapşırıqları yerinə yetirmək üçün çalışırdılar. Lakin 10 nəfərlə müdafiə olunan rəqibə qarşı oynamaq çətindir. Pis oynamadıq. Uğur üçün son ötürmələr və qol çatışmırdı. Bu məğlubiyyətə səbəb göstərmək çətindir”.

Pep hazırda çempionluq barədə düşünmədiklərini bildirib: “İndi çempionluq barədə düşünəcək vəziyyətdə deyilik. İndi yalnız növbəti turda “Aston Villa”ya qarşı keçirəcəyimiz matç haqda düşünməliyik və həmin görüşə mümkün olduğu qədər yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Mançester Siti” lider “Arsenal”dan 5 xal geri qalır. Lakin London klubu rəqibi ilə müqayisədə 1 oyun az keçirib.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31