9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Məşqçidən qadağa: papaq və şərflə məşq etmək olmaz

İngiltərənin “Everton” klubunun baş məşqçisi Şon Dayç təyinatından sonra futbolçulara qarşı bir sıra qadağalar tətbiq edir.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, ingilis mütəxəssis ilk növbədə futbolçuların papaq və ya şərflə məşq etməsinə qadağa qoyub.

Bundan başqa, komanda üzvləri oyunlarla yanaşı, məşq prosesində də şitkidən mütləq istifadə etməlidirlər.

51 yaşlı mütəxəssis bunun səbəbini belə izah edib: “Bu, artıq uzun illərdi baş verir və mən dəli oluram. Futbolçu papaqla məşq edə bilməz! Eləcə də şərf tapmaq olmaz. Şitki isə mütləq istifadə olunmalıdır. Bu, zədə riskini azaldır”.

Maraqlıdır ki, Dayçın qadağası komandaya faydalı olub. Belə ki, “Everton” onun rəhbərliyi altında ilk oyunda çempionatın lideri, uzun müddətdir Premyer Liqada məğlubiyyət acısı yaşamayan “Arsenal”ı 1:0 hesabı ilə üstələyib. Bu, “Arsenal”ın 20 tur ərzində ikinci məğlubiyyətidir. “Everton” isə 11 oyundan sonra ilk qələbəsini qazanıb. Komanda Premyer Liqada sonuncu dəfə ötən ilin oktyabrında 3 xal qazanmışdı.

Adil ƏHMƏDOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31