9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Mourinyo: “Dekabrda “Roma”dan gedə bilərdim”

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya “A” seriyasının 20-ci turunda “Empoli” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis komandasının çıxışından razılığını ifadə edib:

“Komandamdan razıyam. Heyətlə bağlı çatışmazlıqlarımız olsa da, işimizi gördük. Çox çətin rəqiblə oyunda 3 xal qazandıq. Oyundan sonra Paolo Zanettiyə də bildirdim ki, onun komandası hazırda əla formadadı. “Empoli”ni məğlub etmək heç də asan deyil”.

Mourinyo bildirib ki, ötən ilin sonunda “Roma”dan gedə bilərdi: “Dekabrda komandadan ayrıla bilərdim, lain qaldım. Bu, mənim həyatımdır. Hər gün bir oyundur. Bəziləri “Roma”nın ciddi problemləri olduğunu düşünə bilər. Ancaq biz ciddi rəqiblərlə başabaş mübarizə aparırıq”.

Adil ƏHMƏDOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31