9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Pioli derbidən danışdı: “Komanda ruhunu hələ itirməmişik”

“Milan”ın baş məşqçisi Stefano Pioli bu gün İtaliya A seriyasının 21-ci turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyun barədə danışıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis komandasının Milan derbisinə ciddi hazırlaşdığını bildirib:

“Bu həftə komanda məşqlərdə çox yaxşı çalışdı. Son oyunlarda buraxdığımız səhvlər üzərində işlədik. İndi bütün bacarığımızı meydanda göstərməliyik. “İnter” derbiyə əla formada çıxacaq. Lakin biz də möhtəşəm futbol sərgiləmək fikrindəyik. Superkubok uğrunda görüşdə “İnter” hər 3 qolu standart vəziyyətdən sonra vurdu. Ona görə bu dəfə daha diqqətli olmalıyıq”.

Pioli komandasının son turlardakı uğursuz çıxışına belə münasibət bildirib: “Son oyunlarda uğursuz çıxış etdiyimizə görə tənqidlərin olması normaldır. İşlər qaydasında getməyəndə ilk olaraq özüm özümə nəyin qaydasında olmaması ilə bağlı sual verirəm. İlk növbədə daha da artırmalıyıq. Bu həftə futbolçularımın əzmi, istəyi məni çox sevindirdi. Bir daha əmin oldum ki, əla komanda ilə çalışıram. Bizi xüsusi edən komanda ruhunu hələ itirməmişik. İndi yenidən bunu sübut etməliyik”.  

Qeyd edək ki, bu gün keçiriləcək Milan derbisi Bakı vaxtı ilə 23:45-də start götürəcək. 20 turdan sonra “İnter” 40 xalla ikinci, “Milan” isə 38 xalla 5-ci pillədə qərarlaşıb.

Adil ƏHMƏDOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31