9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Salah "Qarabağ"a qarşı oynamayacaq

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" (Belçika) futbolçusu İbrahim Salahla vidalaşıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu Fransanın "Renn" klubuna satılıb. Liqa 1 təmsilçisi Mərakeşin U-23 yığmasının üzvü ilə 2027-ci ilin 30 iyununadək müqavilə imzalayıb.

Qeyd edək ki, Salah 2022-ci ildən "Gent"də oynayırdı. O, bu mövsüm ümumilikdə 23 matçda 6 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31