9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Laval “Neftçi”dən gedişinin səbəbini açıqladı

Qış fasiləsində “Neftçi”dən Portuqaliyanın “Aruka” klubuna transfer olunan Yusuf Laval seçiminin səbəbini açıqlayıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, afrikalı futbolçu daha böyük uğurlar qazanmaq üçün bu addımı atdığını bildirib.

Portuqaliyalıların “Obaqol” ləqəbi ilə çağırdığı 25 yaşlı hücumçu “Aruka”nın heyətində parlaq çıxış edəcəyinə inandığını söyləyib: “Aruka”nı seçdim, çünki azarkeşlərlə çox sıx əlaqəyə malik gözəl klubdur. Komandanın mümkün olan ən yüksək uğuru qazanmasına kömək etmək istəyirəm. Əlimdən gələni edəcəyəm və yaxşı nəticələr üçün mübarizə aparacağam. Burada böyük uğurlar qazanmağı hədəfləyirəm”.

Qeyd edək ki, Yusuf Laval 2020-2022-ci illərdə “Neftçi”nin formasını geyinib. Hücumçunun hazırkı komandası “Aruka” Portuqaliya yüksək liqasında 18 turdan sonra 26 xalla 7-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31