9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Kadi Borges: "Krasnodar"a keçidə şübhəm yox idi"

"Mənə elə gəlir ki, həyatdan zövq alan və xoşbəxt biriyəm. Bu xoşbəxtliyi yaxın insanlara çatdırmağa, çox zarafat etməyə, hər kəsə çoxlu sevinc bəxş etməyə çalışıram. Yalnız oyun zamanı daha ciddiləşirəm və əlimdən gələni etməyə çalışıram, bütün gücümü ortaya qoyuram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qış fasiləsində "Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi Borges Rusiya klubunun yutub kanalına müsahibəsində deyib.

O, niyə futbolçu olmağa qərar verməsi ilə bağlı sualı belə cavablandırıb: "Dörd yaşımdan topla oynayıram, ona görə də, düzünü desəm, başqa seçimim olduğunu düşünmürəm. Başqa şeylərə imkan yox idi, ilk illərdən həmişə topla oynayırdım. Bunun sayəsində məndə futbola maraq yarandı. Bu, başlanğıc nöqtəsi oldu. Mən isə heç vaxt başqa yolla getmək istəmirdim, həmişə top oynamaq istəyirdim. Harada olsam da, həmişə yaxınlıqda bir top olurdu. Mən ancaq futbolçu olmağı düşünmüşəm".

Braziliyalı yarımmüdafiəçi ailəsi haqda da danışıb: "İki qardaşım var. Mən ailənin ən kiçiyiyəm. Ortancıl qardaşımoynamağa çalışdı, amma peşəkar futbol onun üçün deyildi. O, başqa sahələrə də maraq göstərib və bu gün hüquqşünasdır. Heç bir oyunu buraxmırlar. Qardaşım isə əsas tamaşaçıdır. Matçları müzakirə edirik, amma mənim ailəm futboldan o qədər də məlumatlı deyil, qardaşımdan başqa, təbii ki. Ona görə də bu barədə az danışılır. Qol vuranda, yaxşı oynayanda mənim üçün sevinirlər".

Kadi "Krasnodar"a keçidi ilə əlaqədar söyləyib: "Qarabağ"da olanda ruslarla oynamışam. Onlar klub, struktur, heyət və prezident haqqında çox yüksək danışırdılar. Onda da bu keçidə şübhəm yox idi. Mənə klub haqqında təfərrüatları deyəndə, Krasnodarın şəhər üçün böyüklüyü və əhəmiyyəti ilə bağlı hər şeyi başa düşdüm. Rusiyalı uşaqlar mənə dedilər ki, şəhər sakitdir, rahatdır, yaxşı yaşamaq üçün hər cür şərait var".

Futbolçu bədənindəki döymələrlə bağlı deyib: "Bu döymələr dinə aiddir. Mən katolikəm, İlk döyməmi atam, anam, qardaşlarım, nənəmə həsr etmişəm. Burada qeyri-adi heç nə yoxdur. 27 rəqəmi birinci qızımın ad günüdür".

K.Borges "Krasnodar" azarkeşlərinə mesaj da göndərib: "Bütün azarkeşlərə salamlayıram. Meydanda əsl döyüşçü, əsl idmançı olacağıma əmin ola bilərsiniz. Ümid edirəm ki, bu mövsüm və ondan sonrakı mövsüm bütün gözləntilərinizi qarşılaya biləcəyəm. Dəstək üçün təşəkkür edirik! Hər oyunu səbirsizliklə gözləyirəm. Biz birlikdəyik!" (qol.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31