10 May 2024, Cümə
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Qarabağ"ın rəqibi cərimələndi

Belçika Futbol Assosiasiyası UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent"i cərimələyib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, azarkeşlərinin ölkıə çempionatında "Brügge"yə qarşı ev oyunundakı davranışları buna səbəb olub.

Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1500 avro ziyana düşüb.

Bundan başqa, "Gent"ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi "Gelamko Arena"nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31