9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

İrland futbolçu Bakıdakı stadionun qazonundan şikayətləndi

"Aberdin"in futbolçusu Conni Heys Şotlandiya mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı futbolçu karyerasında mənfi iz qoyan meydançalar barədə də fikrini bildirib. Bu zaman irland futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunun ot ortüyündən də narazılıq edib.

O, bir müddət əvvəl Qlazqodakı "Hempden Park" stadionunda oynadığını xatırladaraq deyib: "Bura mənim indiyədək oynadığım ən pis üç meydandan biri idi. Buna bənzər meydanda səfərdə "Qarabağ"a qarşı da oynamışıq. Meydanın vəziyyəti çox pis idi. "Hempden" də mənim oynadığım ən pis meydanlardan biri idi. Amma hazırda Şotlandiyada yanvar ayıdır və mən vəziyyəti realist olaraq qiymətləndirirəm".

Xatırladaq ki, "Qarabağ"la "Aberdin" 2021-ci ildə Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşıblar. Ağdam təmsilçisi səfərdə 3:1, Bakıda isə 1:0 hesablı qələbə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31