8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Avstriya millisinin üzvü: “Azərbaycana qarşı tam hazır olmalıyıq“

“Seçmə mərhələdə Estoniya və Azərbaycana qarşı tam hazır olmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avro -2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının futbolçusu Kevin Danso ölkəsinin mətbuatına açıqlamasında deyib.

Fransanın “Lans” klubunun 24 yaşlı müdafiəçisi bütün matçlarda diqqətli olmağın vacibliyini vurğulayıb: “Maraqlı qrupdur. İsveç yenidən böyük turnirə vəsiqə qazanmağa çalışacaq. Belçikanın dünya çempionatında işləri yolunda getməsə də, onların fərdi baxımdan nə qədər güclü oyunçulara malik olduğunu hamımız bilirik. İndi kiçik komanda, demək olar ki, yoxdur. Hər bir rəqib hörmətə layiqdir. Biz bu cür davransaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılacağımıza əminəm”.

Qeyd edək ki, F qrupunda I turun oyunları martın 24-də keçiriləcək. Həmin gün Avstriya seçməsi Vyanada Azərbaycan millisini qəbul edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31