9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

De Byazi DÇ-2022 haqda: “İspaniya ən çoz inandığım komandadır”

Milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022 haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında azarkeşlik etdiyi komandanın İspaniya olduğunu bildirib: “Mənim favoritim? Sensasiyalı nəticələr və son heç-heçəni nəzərə almasaq, İspaniya ən çoz inandığım komandadır”. 

De Byazi 9 yaşında qızı dünyasını dəyişən İspaniya millisinin baş məşqçisi Luis Enrikenin bir mükafata layiq olduğunu bildirib: “Həyatın ondan aldığı şeylərdən sonra bu turniri qazana bilsəydi, çox sevinərdim. Yəni, Tanrı digər əli ilə ona bir şey qaytarardı".

De Byazi İtaliya millisinin mundialdan kənarda qalması haqda da danışıb: “İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormal bir şeydir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31