9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Qarabağ"la oyundakı hadisələrə görə verilən cəzada dəyişiklik

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununda baş verənlərə görə "Nant"a verdiyi cəzada dəyişiklik edib.

Futbolxeber.az saytının məlumatına görə, "Nant" azarkeşləri görüşdə iğtişaşlar törətmişdi.

Bundan sonra klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 30 min avro məbləğində cərimələnib. Bundan başqa, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Lakin "Nant"ın apellyasiya şikayətinə baxıldıqdan sonra cəzanın bir qismi ləğv olunub. Belə ki, tribunalar bağlanmayacaq, Liqa 1 təmsilçisi stadiona azarkeş qəbul edə biləcək. Amma "Nant" 50 min avro cərimə ödəməli olacaq. Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib.

Qeyd edək ki, "Nant" sözügedən matçda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında Bakıdakı ilk oyunda isə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31