9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Səbail"i Səudiyyə Ərəbistanı klubuna dəyişdi

Bu ilin iyunu "Səbail"dən ayrılan Camal Araqonun yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, qanalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanının "Ohod" klubunda davam etdirəcək. O, artıq yeni klubunda ictimaiyyətə təqdim edilib. 

C.Aqaro instaqram hesabında "Ohod"a keçidi ilə bağlı yazıb: "Keçmiş klubum olan “Səbail”ə və Azərbaycan futbol ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu gün karyeramda yeni bir addım atıram, yeni evim olacaq. Səudiyyə Ərəbistanının “Ohod” klubunun bir hissəsi olduğumu elan etməkdən məmmunam. Mənə göstərilən sevgiyə görə də təşəkkür edirəm".

Qeyd edək ki, C.Araqo 2021-ci ildən Bakı təmsilçisində oynayırdı. Klub onunla iyunda başa çatan müqaviləni yeniləməmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31