9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Zirə" ilə oyundan sonra baş məşqçiyə hücum oldu

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Zirə"ni 3:0 hesabı ilə məğlub edən İsrailin "Makkabi" (Təl-Əviv) klubunun düşərgəsində insident yanaşıb.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmadan sonra futbolçu Oskar Qluxun atası Maksim Qlux baş məşqçi Vladimir İviçə hücum edib.

O, 18 yaşlı israilli yarımmüdafiəçinin 89-cu dəqiqədə meydana çıxmasına qəzəblənib.

M. Qlux açıqlamasında 45 yaşlı mütəxəssisi axmaq da adlandırıb: "Oğlum bu baş məşqçi ilə eyni komandada qalmayacaq. O, start heyətində meydana çıxmalı idi. Hazırda onun klubdan ayrılması gündəmdədir. Qlux cavab matçının iştirak ərizəsində yer almayacaq. Rəhbərlik bu günlərdə iclas keçirəcək və Oskar Qluxun başqa kluba keçidini müzakirə edəcək".

Qeyd edək ki, "Makkabi" və "Zirə" arasındakı İsraildəki cavab görüşü iyulun 28-də olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31