9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Dzemaili: "Cavab matçı fərqli olacaq"

"Cavab matçı fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveçrənin "Sürix" klubunun futbolçusu Blerim Dzemaili "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə "Blick" nəşrinə açıqlamasında deyib.

36 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının təsnifat mərhələsinin həmişə ağıllarında olduğunu bildirib: "Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur".

Dzemaili bu səbəbdən ölkə çempionatını hələlik ikinci plana atmalarının normal hal olduğunu söyləyib.

Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. "Sürix" İsveçrə çempionatının I turunda "Yanq Boyz"a 0:4 hesabı ilə uduzub, II turda isə "Lütsern"lə qolsuz bərabərə qalıb ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31