9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Sürix” “Qarabağ”la oyunlar üçün 20 futboçu sifariş etdi

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” Ağdam təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, turnirə bu mərhələdən başlayacaq İsveçrə çempionu heyətə 20 futbolçu daxil edib.

Baş məşqçi Franko Fodanın sərəncamında “Qarabağ”la görüşlərdə 2 qapıçı, 5 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu olacaq.

Qapıçılar: 1. Zivko Kostadinoviç, 25. Yanik Brexer

Müdafiəçilər: 2. Lindrit Kamberi, 6. Fidan Aliti, 19. Nikola Boraniyaşeviç, 28. Karol Mets, 31. Mirlind Kryeziu

Yarımmüdafiəçilər: 3. Adrian Gerrero, 8. Ole Selnes, 10. Antonio Markesano, 16. Mark Hornşux, 17. Çeyk Omar Konde, 21. Blerim Dzemaili, 23. Fabian Roner, 33. Stefan Seyler, 39. Akaki Qoqia

Hücumçular: 9. İan Santini, 11. Conatan Okita, 15. Ayequn Tosin, 22. Vilfred Qnonto.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək ilk görüş saat 20:00-da başlayacaq. Komandaların cavab matçı isə iyulun 27-də Sürixdə oynanılacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31