9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Eriksenin durumu necədir?

Avro-2020-nin final mərhələsinin ilk turunda Finlandiya ilə matçda  huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksen sosial media hesabından azarkeşlərə müraciət edib.
 
Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı o, özünün "İnstaqram" hesabında yazıb. Xəstəxanadan şəklini paylaşan 29 yaşlı yarımmüdafiəçi ona dəstək olanlara təşəkkür edib: "Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm! Dünyanın dörd bir tərəfindən insanların sənə dəstəyini ifadə etməsi möhtəşəmdir. Bu mən və ailəm üçün çox şey deməkdir.
 
Özümü yaxşı hiss edirəm. Amma hələ də xəstəxanada bəzi müəyinələrdən keçməmişəm.
Danimarka millisinə qarşıdakı oyunlarda uğurlar arzu edirəm".
 
Qeyd edək ki, Eriksen Finlandiya ilə görüşdə huşunu itirdikdən sonra oyun dayandırılıb və  futbolçuya ürək masajı olunub. Bundan sonra o, xəstəxanaya aparılıb, görüş isə bərpa edilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31