9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Mançini: "Türkiyə millisi fantastik oyunçulara sahibdir"

“Ümid edirəm ki, finalda Türkiyə ilə yenidən qarşılaşarıq. Türkiyə millisi gəncdir amma fantastik oyunçulara sahibdir. Qələbə qazanmaq istəyiriksə, ən yaxşı oyunumuzu oynamalıyıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini sabah “Avro-2020”nin açılış matçında Türkiyə ilə keçiriləcək görüş haqqında danışarkən deyib.
 
O, bu gün təşkil edilən mətbuat konfransında Türkiyə millisi haqda müsbət fikirlər səsləndirib. Mançini rəqibin kapitanı Burak Yılmazı xüsusi fərqləndirib: “Burak gözəl mövsüm keçirdi. Ümid edirəm ki, sabah qol vurmaz. Amma o, mənimlə eyni fikirdədirmi, bunu bilmirəm. Burakın oyununu çox bəyənirəm. Türkiyənin ən yaxşı futbolçularından biridir”.
 
Mançini uzun müddətdən sonra azarkeşlər önündə futbol oynamağın gözəl hiss olduğunu deyib: “Azarkeşlər nə qədər çox olsa, o qədər xoşbəxt olarıq. 16 min azarkeş az deyil. Azarkeşlər önündə oynamaq çox gözəl duyğudur”.
 
Qeyd edək ki, sabah Romada keçiriləcək Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31