9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Buffon "Barselona"nı rədd etdi

"Yuventus"un sabiq qapıçısı Canluici Buffon "Barselona"nın təklifindən imtina edib.
 
Futbolxeber.az saytının məlumatına görə,  "Barselona" rəhbərliyi ona komandanın ikinci qapıçısı olmağı təklif edib, ancaq Buffon bundan imtina edib.
 
O, mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirmək istəmir və özünə daha çox oyun vaxtı verə biləcək klub tapmağı nəzərdə tutur.
 
Xatırladaq ki, 43 yaşlı qapıçı 2020/2021 mövsümünün sonuna yaxın "Yuventus"u tərk edib və agent statusundadır.
 
Buffon 2001-ci ilin iyulunda "Yuventus"un oyunçusu olub, o, bu komandaya “Parma”dan 52,8 milyon avroya keçib. Lakin 17 il sonra İtaliya klubunu tərk edərək, agent kimi "Pari Sen-Jermen"ə gedib, ancaq bir mövsüm sonra, 2019-cu ildə Turinə qayıdıb.
 
Daha əvvəl Buffonun yayda "Barselona" ilə müqavilə bağlaya bilməsi barədə xəbər yayılıb. Qeyd edilirdi ki, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31