9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Türkiyə millisi Qvineya ilə bacarmadı

Avro-2020-də mübarizə aparacaq Türkiyə millisi yarışdan əvvəl növbəti yoldaşlıq görüşünü keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, "ay-ulduzlular" Antalya stadionunda Qvineya yığması ilə üz-üzə gəlib.
 
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
 
Afrika təmsilçisinin heyətində "Neftçi"dən dəvət olunmuş yarımmüdafiəçi Mamadu Kane start heyətində meydana çıxıb və sonadək oynayıb. Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.
 
Qeyd edək ki, Türkiyə millisi ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasını məğlubiyyətə uğradıb - 2:1. Hazırlığın ikinci mərhələsi iyunun 2-dən Almaniyada başlayacaq. Son yoldaşlıq görüşü iyunun 3-də Moldovaya qarşı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31