9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Türkiyə millisinin iki futbolçusu zədələndi

Millimizlə yoldaşlıq oyununda üz-üzə gələn Türkiyə millisinin iki futbolçusu sıradan çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə qapıçı Altay Bayındır zədələnib. Millidə ilk oyununa çıxan gənc qolkiper görüşün 73-cü dəqiqəsində əvəzlənməyini istəyib.
 
Bundan sonra baş məşqçi Şenol Günəş onu əvəzləyib.
 
Matçın 78-ci dəqiqəsində isə Halil Akbunar zədələnib. Millimizin müdafiəçisi Təmkin Xəlilzadə oyun epizodunda 27 yaşlı yarımmüdafiəçinin ayağına xəsarət yetirib. O, 80-ci dəqiqədə Ozan Tufanla əvəzlənib. Futbolçu meydanı xərəklə tərk edib.
 
Zədəlilərin durumu ciddi olarsa, Türkiyə millisi Avro-2020 öncəsi itkilərlə üzləşə bilər.
 
Qeyd edək ki, görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31