27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Fatih Terimdən açıqlama

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 42-ci turunda "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə məlumatına görə, 68 yaşlı mütəxəssis klubda işləyən hər kəsə və azarkeşlərə təşəkkür edib.
 
Terim İstanbul təmsilçisindəki taleyi ilə bağlı bunları söyləyib: "Çempionluğa çox yaxınlaşdıq. "Denizlispor"la matçda və bugünkü oyunda qol buraxmasaydıq, çempion idik. Qismət olmadı. Heç kim "Qalatasaray"ın baş məşqçisinə və futbolçusuna asanlıqla sataşmamalıdır. Hər kəs nə demək istədiyimi başa düşür. Narahat olmasınlar, daha yaxşı izah edəcəyəcəm. İndiki durumumuz mənim üçün heç də xoş deyil. Çempion olmalı idik. Səhv varsa, ən böyüyü mənimdir. Haqlarını halal etsinlər. Mən heç vaxt sözümdən dönmədim. Mayın 31-də müqaviləm başa çatır. Bəzi vaxtlar da istefa verə bilərdim, amma mən bunu "Qalatasaray" üçün etmədim. Sözümüzü yerinə yetirdik. Vəziyyət bundan ibarətdir".
 
Qeyd edək ki, "Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30