9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Xviça Kvaratsxeliya: "Atam karyerasının çoxunu Azərbaycanda keçirib"

“Atam heç vaxt məni oxumağa məcbur etməyib, məni  meydandan qovmayıb. O, Azərbaycan çempionatındakı karyerası ərzində çox qol vurub. Hətta Azərbaycan milli komandasında da oynayıb".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Gürcüstan millisinin və “Rubin”in futbolçusu Xviça Kvaratsxeliya Rusiya mətbuatına müsahibəsində deib.

Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu olan 20 yaşlı yarımmüdafiəçi atasının oyunu ilə bağlı danışıb: “Heç bir şey xatırlamıram, o vaxt çox kiçik idim. Ancaq bizdə onun matçlarının videoyazıları var, onları izləmişəm. Bilirsiniz, mən kiçik olanda Messi və Ronaldonun futbolda ən yaxşılar olduğunu söyləyiblər. Amma atamın onlardan daha yaxşı oynadığını düşünürdüm”.

Gənc futbolçu atasının Azərbaycan millisini seçməsi ilə bağlı isə bunları bildirib: “Bu suala cavab vermək mənim üçün çətindir. Çünki onunla bu mövzuda danışmamışıq.  Ancaq atam həqiqətən vaxtının çoxunu Azərbaycan çempionatında keçirib. Düşünürəm ki, bu onun şəxsi seçimi idi. Gürcüstanın o zaman buna necə reaksiya verdiyini də bilmirəm. Atam bir neçə il əvvəl məşqçiliyi öz istəyilə bitirdi. Buna qismən sağlamlıq problemləri səbəb oldu. Məncə, evdə oturub oyunumu izləsə yaxşıdır”.

Avropanın bir sıra böyük klublarının maraq dairəsində olan istedadlı oyunçu atasından daha güclü futbolçu olmaq arzusunda olduğunu deyib: "Hansı pilləyə yüksəlməyimdən asılı olmayaraq, atamın oğluyam. Ancaq əlbəttə ki, onun karyerasını üstələmək istərdim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31