8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Bilbao AVRO-2020-yə ev sahibliyi etməyəcək

İspaniyanın Bilbao şəhəri Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə Bilbao Şəhər Şurasının rəsmi saytı açıqlama yayıb:

"UEFA bu gün birtərəfli qaydada "San Mames"i AVRO-2020-nin stadionlar siyahısından çıxarmaq qərarına gədliyini bizə bildirdi".

UEFA Bilbaonun azarkeşlərlə bağlı təminat vermədiyi üçün bu addımı atıb. "Marca" nəşri yazıb ki, Bilbao rəhbərliyi UEFA-nın qərarı ilə razılaşmır və müqavilənin şərtlərinin pozulduğu üçün təzminat tələb etmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31