9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Serbiya millisi Bakıya itkilərlə gələ bilər

Serbiya yığması Azərbaycan millisi ilə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl problemlə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Draqan Stoykoviç üç futbolçunun xidmətindən məhrum ola bilər.

Fransa çempionatında "Renn"də çıxış edən qapıçı Predraq Raykoviç, "Strasburq"dan müdafiəçi Stefan Mitroviç və "Monpelye"nin yarımmüdafiəçisi Mixaylo Ristiçin qarşıdakı görüşlərdə oynamama təhlükəsi var.

Buna Fransa hökumətinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər səbəb olub. Avropa Birliyinə daxil olmayan ölkələrdən Fransaya səfər edildikdə məcburi 10 günlük karantin tətbiq edilir. Bu isə o deməkdir ki, hər üç futbolçu Bakıdakı görüşdən sonra klublarına qayıdarkən karantinə alınacaq. Belə olacağı təqdirdə, futbolçular ən azı iki oyunu buraxacaqlar.

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan seçməsinin qonağı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31