9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Çeferin: “AVRO-2020-nin azarkeşsiz keçirilmə ehtimalı yoxdur”

UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin təşkili ilə bağlı daha bir açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, sloveniyalı funksioner turnirin azarkeşsiz keçirilməyəcəyini bildirib:

"Təşkilatçılıqla bağlı bir neçə ssenari mövcuddur. İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma mümkün olmasa, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Avro-2020-nin istənilən matçının boş stadionda keçirilmə ehtimalı yoxdur. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir. Şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək".

Xatırladaq ki, Avropa çempionatı bu il Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməlidir. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31