10 May 2024, Cümə
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Vulverhempton”un qapıçısı Azərbaycanla oyundan əvvəl zədələndi

Portuqaliya millisinin qapıçısı Ruy Patrisiu DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi zədələnib.

Futbolxeber.az saytının məlumatına görə, “Vulverhempton”un şərəfini qoruyan qolkiper İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul”la görüşdə (0:1) ağır zədə alıb. 86-cı dəqiqədə “Vulverhempton”un kapitanı Konor Koudi rəqib futbolçu Məhəmməd Salahın zərbəsinin qarşısını almağa çalışarkən dizini öz qapıçısının başına vurub. Bu səbəbdən oyun 14 dəqiqə dayanıb. Ruyu meydanı xərəklə tərk edib.

Görüşdən sonra "Vulverhempton"un baş məşqçisi Nuno Espirito Santo 33 yaşlı qapıçının durumu barədə məlumat verib: "Ruy Patrisio yaxşıdır. Şüuru yerindədir. Baş verənləri xatırlayır. Qiymətləndirmə müsbətdir. Onunla hər şey yaxşı olacaq. Pis bir şey olduğu zaman bir sarsıntı olur. Bu, futbolda reallaşa bilər".

Qeyd edək ki, martın 24-də İtaliyadakı "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31