9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Ərdoğan "Başakşəhər"in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada keçirilən PSJ-"Başakşəhər" oyunundakı insidentə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı Tvitter hesabında yazan dövlət başçısı görüşün rumıniyalı dördüncü hakimi Sebastian Koltseskunun "Başakşəhər"in məşqçisi Pyer Veboya qarşı irqçi ifadə işlətməsini pisləyib:

"Təmsilçimiz "Başakşəhər"in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrı-seçkiliyə qeyd-şərtsiz qarşıyıq. #İrqçiliyə yox".

Xatırladaq ki, Veboya qarşı irqçiliyə baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan məşqçiyə qırmızı vərəqə də göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib və oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31