9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Millimizin yarımmüdafiəçisi “Başakşehir”in heyətində Türkiyə çempionu oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir" klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub.

Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib.

Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib.

Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA İnstaqram hesabı vasitəsilə Kaplanı təbrik edib.

Qeyd edək ki, Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31