9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Ramosdan unikal göstərici: 650-ci oyun, 100-cü qol

La Liqanın son turunda “Leqanes”lə oyunda (2:2) “Real”ın qollarından birini Serxio Ramos vurub.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu, təcrübəli müdafiəçinin klub karyerasında 100-cü qoldu. Ramos 97 dəfə hazırkı klubunun, 3 dəfə isə “Sevilya”nın heyətində fərqlənib.   

34 yaşlı müdafiəçi “Real”ın heyətində 72 dəfə La Liqada, 7 dəfə İspaniya kubokunda, 13 dəfə Çempionlar Liqasında, 2 dəfə İspaniya Superkubokunda, 2 dəfə UEFA Superkubokunda, 3 dəfə də Klublararası Dünya çempionatında qol vurub.  

“Leqanes”lə görüş Ramos üçün daha bir yubileylə yadda qalıb. Belə ki, o, bütün turnirlər nəzərə alınmaqla 650-ci dəfə “Real”ın heyətində meydana çıxıb. Bu göstərici ilə Ramos klub tarixində 4-cü pillədə qərarlaşıb. O, Raul (741 oyun), İker Kasilyas (725) və Manuel Sançisdən (710) geri qalır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31