19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

FİFA Tokio olimpiadası üçün yaş limitini artırdı

FİFA koronavirus pandemiyasına görə gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarında futbol yarışı üçün yaş limitini artırıb.

Futbolxeber.az saytının “The Guardian”a istinadən verdiyi məlumata görə, ali futbol qurumu yaş limitini 23-dən 24-ə yüksəldib. Bu isə o deməkdir ki, 1 il sonraya keçirilməsinə baxmayaraq, yarışda yenə də 1997 və daha aşağı təvəllüdlü futbolçular mübarizə aparacaqlar. Eləcə də həmişəki kimi hər bir komanda limitdən daha yaşlı 3 futbolçunun xidmətindən yararlana biləcək.

Xatırladaq ki, Tokio Olimpiadasında 16 komanda yarışacaq. Bunlar Argentina, Braziliya, Fransa, Almaniya, İspaniya, Rumıniya, Yeni Zelandiya, Misir, Kot-d’İvuar, CAR, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiyadır. Daha 2 komanda isə KONKAKAF-da keçiriləcək seçmə mərhələ oyunlarından sonra müəyyənləşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31