9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Arsenal"dan yeni bəyanat: "6 min bilet azdır"

UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına ingilis klubu növbəti dəfə etiraz edib.

Futbolxeber.az saytının məlumatına görə, London təmsilçisi sözügedən məsələ ilə bağlı bu gün bəyanat yayıb. Bəyanatda deyilir ki, "Arsenal"da hər kəs komandanın Avropa Liqasında finala çıxmasından məmnundur.

“Hamımız səbirsizliklə "Çelsi" ilə mayın 29-da keçiriləcək oyunu gözləyirik. Buna baxmayaraq, UEFA-nın nəqliyyat məhdudiyyətinə görə, 60 mindən çox (70 minə yaxın - red.) azarkeş tutumuna məxsus stadionda "Arsenal"a cəmi 6 min bilet ayırmasından məyus olmuşuq. Səfər problemlərini nəzərə alsaq, həmin azarkeşlərin oyuna gedə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min abunəçimiz var. UEFA-nın final oyunu üçün nəqliyyat məhdudiyyəti olan yer seçməsi sadəcə, düzgün deyil. Reallıq budur ki, finala çıxan klublar azarkeşlərinin tələblərini qarşılaya bilməyəcəklər. Məsələ ilə bağlı fanatlarımızdan xeyli şikayət almışıq və onların narahatlıqlarını bölüşürük. Azarkeşlərimizin adından gələcəkdə finala görə seçiləcək yer üçün meyarları, həmçinin bunun bir hissəsi kimi, tərəfdarların tələblərinin necə nəzərə alınacağını öyrənmək istəyirik”.

Bəyanatda daha sonra qeyd olunub: “Biz UEFA-nı azarkeşlərin final məkanı ilə bağlı tələblərini yerinə yetirməyə çağırırıq. Çünki bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrar oluna bilməz. Bunun üçün gələcəkdə qurumla istənilən müzakirəyə qoşulmaqdan məmnun olarıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31