27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

"Fənərbağça" 14 oyunçunu göndərir

Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən "Fənərbağça" qışda bir çox oyunçunu yola salmağa qərar verib.
 
Futbolxeber.az saytının məlumatına görə, İstanbul klubu ilə mövsümün sonunda 14 futbolçunun müqaviləsi başa çatacaq.
 
Baş məşqçi Ərsun Yanal rəhbərliyə həmin oyunçulara qış transfer dönəmində təklif gələcəyi halda, satılmalarını istəyib. 57 yaşlı mütəxəssis icarə əsasında komandada çıxış edən Yasin Benzia və İslam Slimaninin performansından razı deyil. Onlarla qış fasiləsində yolların ayrılması mümkündü.
 
"Sarı-lacıvərdlilər" yayda azad agent statusu ilə heyətinə qatdığı Dieqo Reyesdən də narazıdır. Meksika millisinin üzvünün də yanvarda göndəriləcəyi ehtimalları böyükdü. "Fənərbağça" ilə mövsümün sonunda müqaviləsi başa çatan oyunçular: Volkan Dəmirəl, Erten Ersu, Roman Noyştadter, Martin Şkrtel, Şener Özbayraklı, Yiğithan Güveli, İsmail Köybaşı, Tolga Ciğerçi, Atif Şeşue, Matye Valbuena, Roberto Soldado, Yasin Benzia, Andre Ayyu və İslam Slimani.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30