26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

AÇ-2020-nin final mərhələsinin mükafatları

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalında iştirak edəcək komandaların ümumi mükafatını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ümumi məbləğ 371 milyon avro təşkil edəcək. Avropa çempionatında iştirak üçün pul mükafatı ötən turnirlə müqayisədə 23 faiz artırılıb. 2016-cı ildə Fransada keçirilmiş yarışda mükafat fondu 301 milyon avro olub. Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 yığma komandanın hər biri ən azı 9.25 milyon avro alacaq.

Komandalar qrup mərhələsində qələbəyə görə 1.5 milyon, heç-heçə üçün isə 750 min avro qazanacaqlar. 1/8 finala yüksələn komandalara 2 milyon, 1/4 finalçılara 3.25 milyon, yarımfinala vəsiqə qazananlara isə 5 milyon avro ödəniləcək. Avropa çempionatının qalibi 10 milyon, finalçı isə 7 milyon avro qazanacaq. AVR0-2020-nin qalibi bütün oyunlarını qələbə ilə başa vursa, 34 milyon avro əldə edəcək. Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30