19 May 2019, Bazar günü
Mxitaryan Bakıya gətirilmir
Millimizin heyəti açıqlandı
“Keşlə” 13 futbolçuyla vidalaşdı
“Qalatasaray” kuboka sahib çıxdı

Xarici futbol

"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" ciddi itki ilə üzləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının 15-ci turunun "Mançester Yunayted"lə səfər oyununda (2:2) zədələnən Rob Holdinqin durumu ciddidir. Komandanın baş məşqçisi Unai Emeri dünən matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, gənc müdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qala bilər:
 
"Bizim üçün ən pis hadisə Holdinqin zədələnməsi oldu. Həkimlərin nə deyəcəyini gözləyirik. Amma bu ciddi zədə ola bilər. Çünki diz nahiyyəsidir, uzun müddət oynamaya bilər".
 
"Mançester Yunayted"lə qarşılaşmada zədə alan digər futbolçu Aaron Remsinin durumuna da aydınlıq gətirən ispan məşqçi uelsli yarımmüdafiəçi ilə bağlı ciddi problem olmadığını söyləyib.
 
"Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit