9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"San Siro"da belə oyun göstərmək asan deyil"

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Düdelanj”ı 5:2 hesabıyla məğlub edən “Milan”ın futbolçusu Hakan Çalhanoğlu oyundan sonra açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı futbolçu rəqibin yaxşı oynadığını deyib.
 
Türkiyəli yarımmüdafiəçi oyunda komandasının 3-cü qolunu vurub: “Rəqibin oyununa böyük hörmət göstəririk. Xüsusilə, ilk hissəni çox yaxşı oynadılar. “San Siro”da belə oyun göstərmək asan deyil”.
 
Zədəsinin tam sağaldığını vurğulayan Türkiyə millisinin üzvü “Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Artıq ayağım ağrımır. Hazırda yaxşı vəziyyətdəyəm. Kimin qol vurması önəmli deyil, vacib olan komandanın qazanmasıdır. Qol sadəcə, bir bonusdur” deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31