27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

"Maludanın zamana ehtiyacı var"

"Hücum baxımından əksiklərimizin olduğunu siz də görürsüz. Amma bu problemləri qısa bir zamanda həll edəcəyimizə inanıram". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Dinamo"ya qarşı keçirilən oyundan sonra "Trabzonspor"un baş məşqçisi Mustafa Akçay deyib. Akçay ev oyununda hər sürprizə hazır olduqlarını söyləyib: "Oyunçularımın anlaşmaları günü-gündən artır. Komanda olaraq, günü-gündən güclənirik. "Dinamo"nun statistikasına fikir verdikdə görərik ki, rəqib səfərdə daha yaxşı nəticələr göstərir. Bu səbəbdən də ev oyununda çox diqqətli olmalıyıq. İnanıram ki, evdə də qələbə qazanaraq, mərhələ adlayacağıq. 1:0-lıq qələbə mərhələ adlamaq üçün yaxşı nəticədir. Lakin biz cavab oyununda hər sürprizə hazır olmalıyıq. İstənilən halda, səfərdən sərfəli nəticə ilə qayıdırıq".
 
"Trabzonspor"un çalışdırıcısı komandanın yeni transferi Maluda haqda da danışıb: "Maluda oyuna yaxşı başlaya bilmədi. Lakin daha sona zəngin təcrübəsindən yararlanaraq, ağıllı işlər gördü və səviyyəsini ortaya qoydu. Maludanın bir qədər də zamana ehtiyacı var. Əminəm ki, gələcəkdə komandaya daha böyük fayda verəcək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30