9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Fənərbağça" - "Qalatasaray": 387-ci duel

Bu gün Türkiyə Super Liqasının XXVI turu çərçivəsində "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gələcək.
 
Futbolxeber.az-ın məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Görüşü Bülent Yıldırımın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
 
Əzəli rəqiblər tarixdə 387-ci, ölkə çempionatında isə 122-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 386 oyundan 146-da "Fənər", 123-də "Cim-Bom" qalib gəlibsə, 117 matç heç-heçə ilə nəticələnib. Vurulan qolların nisbəti isə belədir - 532:482.
 
Çempionat qarşılaşmalarında isə "sarı-lacivərdlilər" 50, "sarı-qırmızılar" 33 qələbə qazanıb, 38 heç-heçə qeydə alınıb. Topların nisbəti 154:116-dır.
 
"Qalatasaray" "Fənərbağça"nı sonuncu dəfə 18 oktyabr 2014-cü ildə "Türk Telekom Arena"da yenməyi bacarıb - 2:0. "Şükrü Saracoğlu"da isə "Cim-Bom" 18 ildən çoxdur qələbə qazana bilmir. Sonuncu dəfə "sarı-qırmızılar" buna 22 dekabr 1999-cu ildə nail olublar - 2:1. Həmin görüşdən sonra iki komanda 18-i Superliqa, 3-ü isə ölkə kubokunda olmaqla, 21 görüşə çıxıb. Bunların 15-də "sarı-lacivərdlilər" qələbə qazanıb, 6-da isə heç-heçə qeydə alınıb.
 
Qeyd edək ki, Superliqada 25 turdan sonra "Qalatasaray" 53 xalla 1-ci pillədə qərarlaşıb. "Fənərbağça" isə 47 xalla 4-cüdür.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31