26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

İstanbul derbisi: 4 qol, 3 "qırmızı"

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Futbolxeber.az xəbər verir ki, İstanbul derbisində “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib.
 
"Vodafone Arena"da keçirilən oyunda meydan sahibləri erkən qolla hesabı açsa da, fasiləyə geridə yollanıblar - 1:2. Gərgin keçən matçda tez-tez ara qarışıb və fasilələr yaranıb. Bu səbəbdən 101 dəqiqə davam edən qarşılaşmada 3 qırmızı vərəqə göstərilib. Bunlardan ikisi “Fənərbaxça”, biri isə “Beşiktaş”a göstərilib. Sonda 9 nəfərlə qalan qonaqlar qələbəni əldən buraxıblar -  2:2. 
 
Qeyd edək ki, bu komandalar bir neçə gün öncə Türkiyə Super Liqası çərçivəsində qarşılaşmış və “Beşiktaş” 3:1 hesablı qələbə qazanmışdı.
 
Türkiyə kuboku
 
Yarımfinal, ilk oyun
 
1 mart
 
“Beşiktaş” - “Fənərbaxça” 2:2
Qollar: Neqredo, 14, Taliska, 82 - Soldado, 17, Özbayrak, 45+2
 
Qırmızı vərəqələr: Potuk, 44 (“Fənərbaxça”), Kuarejma, 52 (“Beşiktaş”), Dəmirəl, 77 (“Fənərbaxça”)
 
Digər yarımfinalın ilk matçında "Qalatasaray" səfərdə “Akhisar Bələdiyyəspor”a 2:1 hesabıyla qalib gəlib. 
 
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30