27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Millimizin futbolçusu baş məşqçisiz qaldı

Almaniyanın “Ersebirge” klubu baş məşqçi Tomas Letşi istefaya göndərib. Futbolxeber.az xəbər verir ki, bu barədə Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun da şərəfini qoruduğu Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İkinci Bundesliqada mübarizə aparan klub qarşılıqlı razılaşma əsasında 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib.
 
Qeyd edək ki, Tomas Letş iyunda Domeniko Tedeskonun "Şalke"nin sükanı arxasına keçməsindən sonra “Ersebirge”nin baş məşqçisi təyin edilmişdi. Lakin komandanın uğursuz çıxışı onun bu postda çox qalmasına imkan verməyib. Auelilər 24 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30