20 Sentyabr 2019, Cümə
VI turun oyun cədvəli açıqlandı
Hacı Əliyev uduzub, medalsız qaldı
"Qarabağ"dan böyükhesablı məğlubiyyət
Daha bir güləşçimizdən medal

Xarici futbol

Hollandiyada azərbaycanlıların derbisi qolsuz bitdi

Hollandiya birinci liqasında 26-cı turun oyunları keçirilib.
 
Futbolxeber.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarının qarşılaşmasıyla əlamətdar olub. Belə ki, Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda U-21 millimizin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu “Valveyk”lə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. Lakin gərgin keçən görüşdə meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusu meydandan qovulub.
 
Futbolçularımız da bu görüşün iştirakçısı olublar. Start heyətdə meydana çıxan Əzizov 77-ci dəqiqədə əvəzlənib. Ozan Can isə matçın 84-cü dəqiqəsində meydana buraxılıb.
 
26 oyuna 36 xal toplamış “Den Boş” hazırda 20 kollektiv sırasında 10-cu, 24 xalı olan “Valveyk” isə 18-ci pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30